AZ

SOCAR, "M-Gas" və Ruse bələdiyyəsi Bolqarıstanda hibrid qazlaşdırma üzrə ikinci obyekti açıb (FOTO)

Bakı. Trend:

Bolqarıstanın Ruse şəhər bələdiyyəsi, “M-Gas” şirkəti vəAzərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) hibridqazlaşdırma layihəsi çərçivəsində ikinci obyekti açıblar.

Bu barədə Trend“M-Gas”a istinadla xəbər verir.

Ruse bələdiyəsinin Çervena Voda kəndində yerləşən “Prolyot” uşaqbağçası artıq ekoloji təmiz təbii qazla isidilir.

2025-ci il oktyabrın 20-də obyekt təbii qazdan istifadəyə uğurlakeçid etdikdən sonra rəsmi şəkildə açılıb.

“Bu mühüm addım uzunmüddətli “Hybrid Gasification of PublicBuildings Projec”t layihəsinin ikinci mərhələsidir və “M-Gas EOOD”şirkətinin ianəsi, eləcə də Azərbaycan Dövlət Neft Şirkəti SOCAR vəRuse bələdiyyəsi ilə möhkəm tərəfdaşlıq sayəsində mümkün olub. Butəşəbbüs qaz nəqli şəbəkəsinə qoşulmamış ərazilərdə enerjisəmərəliliyinin artırılmasına və ətraf mühitin qorunmasınasadiqliyi nümayiş etdirir”, - deyə şirkətin məlumatındabildirilir.

“Prolyot” uşaq bağçasının qazlaşdırılması layihəsi “M-Gas”şirkətinin 88 000 leva həcmində maliyyə dəstəyi ilə həyatakeçirilib. Layihənin əsas məqsədi binanın enerji səmərəliliyiniartırmaq və dizel yanacağı ilə işləyən istilik sisteminin dahaekoloji təmiz təbii qazla əvəz olunması nəticəsində zərərlitullantıların 30% azaldılmasına nail olmaqdır. Demək olar ki, 50illik (1977-ci ildən qalan) istilik sistemi tamamilə yenilənərəkmüasir, yüksək səmərəli avadanlıqla əvəz olunub.

“M-Gas” və onun tərəfdaşları həyata keçirdikləri modernləşdirməsayəsində istilik xərclərini 50% azaltmağa və 180 uşaqla müəssisəəməkdaşlarının rahatlığını artırmağa nail olublar. İnvestisiyalayihəsi sıxışdırılmış təbii qaz (CNG) qurğusununlayihələndirilməsi və inşası , yeni istilik sistemi, eləcə də ikiyüksək səmərəli kondensasiyalı qaz qazanı ilə təchiz edilmiş müasirqazanxananın yaradılmasını əhatə edir. Qazanların məsafədən idarəolunmasını təmin edən sistem isə təbii qaz sərfiyyatına əlavə 20%qənaət imkanı yaradacaq.

SOCAR,
SOCAR,
SOCAR,
SOCAR,
SOCAR,
SOCAR,
SOCAR,
Məqalədə:
Seçilən
23
2
az.trend.az

3Mənbələr