Idman.biz portalından verilən məlumata əsasən, ain.az bildirir.
Azərbaycan Monteneqronun Budva şəhərində yeniyetmələr arasında keçirilən Avropa çempionatında 47 şahmatçı ilə təmsil olunacaq.
Bu barədə İdman.Biz-ə Şahmat Fedrasiyasının mətbuat xidmətindən məlumat verilib.
9 turdan ibarət yarışda 8,10,12,14, 16, 18 yaşlı qız və oğlanlar arasında mükafatçılar müəyyənləşəcək.
Qeyd edək ki, yarışda Avropanın 48 ölkəsindən 1169 şahmatçı mübarizə aparacaq.
İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.