AZ

Mirzoyanın döyülməsi işi üzrə daha bir təqsirləndirilən şəxsə hökm oxunub

Ermənistanda məhkəmə indiki xarici işlər naziri Ararat Mirzoyanın döyülməsi işi ilə bağlı daha bir hökm çıxarıb.

"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Məlumatda deyilir ki, məhkəmənin qərarına əsasən, Torqom Asatryan 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Prokuror ona 7 il həbs cəzası tələb edib. Asatryan artıq cəzanın bir hissəsini istintaq təcridxanasında çəkib. O, 2023-cü ilin fevralından həbsdədir.

Qeyd edək ki, iş üzrə bu ilin may ayında Ara Badoyan 3 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Ararat Mirzoyan 2020-ci il noyabrın 10-na keçən gecə, Qarabağ üzrə üçtərəfli bəyanatın imzalanmasından dərhal sonra baş vermiş ixtişaşlar zamanı döyülüb. Həmin vaxt o, Ermənistan parlamentinin spikeri olub. Sənədin imzalanmasından sonra İrəvanda parlament, hökumət binaları və hökumət iqamətgahlarının qarşısında kütləvi iğtişaşlar baş verib.

"Cebheinfo.az" 

Seçilən
19
5
cebheinfo.az

6Mənbələr