AZ

Türkiyədə uçan binanın altından bir nəfərin cəsədi tapıldı - YENİLƏNİB

Türkiyənin Kocaeli vilayətində yeddimərtəbəli yaşayış binası uçub.

"Cebheinfo.az" “TRT Haber”ə istinadən xəbər verir ki, hadisə vilayətin Gebze bölgəsində qeydə alınıb.

İlkin məlumata görə, binada 5 nəfərlik ailə yaşayır. Onların hadisə zamanı binada olub-olmaması məlum deyil.

Hazırda hadisə yerində axtarış-xilasetmə işləri aparılır.

***

Kocaeli valisi İlhami Aktaş Binada yaşayan ailənin ana, ata və 3 övladdan ibarət olduğunu və onların dağıntılar altında qaldıqlarını açıqlayıb.

***
Uçan binanın dağıntılarının altından bir nəfərin cəsədi çıxarılıb.

Cəsədin ailənin övladlarından biri olan Emir Bilirə aid olduğu ehtimal edilir. 

"Cebheinfo.az" 

Seçilən
4
2
cebheinfo.az

3Mənbələr