Rusiya Brüsselə hücum edərsə, NATO üzvü olan ölkələr Moskvanı yerlə-yeksan edəcək.
Publika.az xəbər verir ki, bunu Belçikanın müdafiə naziri Teo Franken “De Morgen”ə müsahibəsində bildirib.
Franken vurğulayıb ki, Qərb ölkələri özlərini təhdid etməyə imkan verməməlidir.
“Putinin bir gün Brüsselə qeyri-nüvə raketi atmağa qərar verəcəyindən qorxursanmı?” sualına Belçika Müdafiə Nazirliyinin rəhbəri belə cavab verib: “Xeyr, çünki o zaman o, NATO-nun ürəyinə zərbə endirəcək, biz isə Moskvanı yerlə-yeksan edəcəyik”.
Rusiyanın Belçikadakı səfirliyi bu cür bəyanatları “təxribatçı” və “məsuliyyətsiz” adlandırıb.