Azərbaycan taekvondoçusu Qaşım Maqomedov (58 kq) Çinin Uşi şəhərində keçirilən dünya çempionatında medal qazanıb.

Offsideplus.az xəbər verir ki, 26 yaşlı idmançı turnirdə bürünc mükafata yiyələnib.

58 kiloqram çəki dərəcəsində çıxış edən idmançı medala gedən yolda Abdul Vahid (Hindistan), Omonjon Otajonov (Özbəkistan), Lev Korneyev (Serbiya) və Yusuf Badəm (Türkiyə) üzərində qələbə qazanaraq fəxri kürsünün üçüncü pilləsində yer alıb.

Qeyd edək ki, Azərbaycan dünya çempionatında 9 taekvondoçu ilə təmsil olunur.