AZ

Suriya və İsrail təhlükəsizlik razılaşmasına yaxınlaşır

Operativ MM portalından verilən məlumata əsasən, ain.az bildirir.

Suriya və İsrail nümayəndə heyətləri arasında təhlükəsizlik tədbirləri ilə bağlı ortaq razılaşmaların hazırlanması üzrə danışıqların yekunlaşmaq üzrə olduğu bildirilir. 

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalı diplomatik mənbələrə istinadən məlumat yayıb.

 Məlumata görə, tərəflər Suriyanın cənubunda, o cümlədən druzların yaşadığı Əs-Suveydə əyalətində vəziyyəti nizamlamağa imkan verəcək razılaşmanı imzalamağa yaxındırlar.

Bildirilib ki, fikir ayrılıqlarının aradan qaldırılmasında ABŞ-nin vasitəçiliyi mühüm rol oynayıb. Hazırlanan iki tərəfli razılaşma bəzi kiçik dəyişikliklərlə 1974-cü ildə Qolan yüksəkliklərində İsrail və Suriya qüvvələrinin ayrılmasına dair imzalanmış müqaviləni əsas xətlər üzrə xatırladacaq.

Keçid hökuməti druz icmasına zərər verməməyə və Əs-Suveydəki sakinlərə bütün zəruri ehtiyacları, o cümlədən iş yerlərini təmin etməyə söz verib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
1
operativmm.az

2Mənbələr