AZ

WP: “Trampın siyasəti Çinə üstünlük qazandırır”

Azvision saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

AzVision.az xəbər verir ki, “The Washington Post” nəşrinin iddiasına görə, Trampın Çinin sədi Si Cinpinlə danışıqlarda potensial taktiki uğurlarına, o cümlədən nadir torpaq metallarının ixracına qoyulan məhdudiyyətlərin təxirə salınmasına və ABŞ-də “TikTok” sosial media platformasının statusunun tənzimlənməsinə baxmayaraq, Pekin strateji üstünlüyünü qoruyub saxlayır. Çünki Donald Trampın ticarət müharibələri Asiya və Avropadakı ənənəvi müttəfiqləri arasında ABŞ-nin mövqeyini zəiflədib, Braziliya və Hindistanla münasibətlərdə ixtilaf yaradıb.

Vaşinqton Pekinə öz şərtlərini açıqlayıb

“Vaşinqton beynəlxalq təsisatlarda təsirini itirir, Çin isə bu vəziyyətdən öz gündəmini inkişaf etdirmək və qlobal təsirini gücləndirmək üçün fəal şəkildə yararlanır. ABŞ bərpa olunan enerji proqramlarını azaltdığı halda, Çin yaşıl enerji texnologiyaları və elektrik nəqliyyat vasitələrinin aparıcı istehsalçısı və ixracatçısı kimi mövqeyini gücləndirir”, - nəşrin mövqeyini öyrəndiyi analitiklər vurğulayıblar. ABŞ-nin keçmiş prezidenti Co Baydenin administrasiyasının yüksək vəzifəli məmuru Raş Doşi bildirib ki, Ağ Evin indiki rəhbərinin gözlənilməz siyasətindəm istifadə edən Çin “mübahisədə qalib gəlməyə bilər, lakin oyunu udur”. Çinin Xarici İşlər nazirliyi, öz növbəsində, Si Cinpinin oktyabrın 30-da Cənubi Koreyanın Pusan şəhərində Amerika lideri ilə görüşəcəyini açıqlayıb. Xatırladaq ki, bundan əvvəl mənbələrə istinad edən “The Wall Street Journal (WSJ)” nəşri Vaşinqtonun Çinlə münasibətlərin tənzimlənməsi üçün hansı şərtləri irəli sürdüyünü yazıb. Sahil İsgəndərov

AzVision.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
10
1
azvision.az

2Mənbələr