AZ

Britaniyalı ailə qızını həbsdən qurtarmaq naminə yarım milyon pul ödədi

Tiflis hava limanında külli miqdarda narkotik maddə ilə saxlanılan britaniyalı qadının ailəsi məhkəmə sövdələşməsi çərçivəsində onun həbs cəzasını iki ilə endirmək üçün Gürcüstan dövlətinə 137 min funt-sterlinqdən (yarım milyon lari) çox pul ödəyib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Billinghamdan olan 19 yaşlı Bella Mey Kalli 35 həftəlik hamilədir və onu narkotik alveri ittihamı ilə Gürcüstanda 20 ilə qədər həbs və ya ömürlük həbs cəzası gözləyir.

“Gürcüstanda narkotiklərlə bağlı cinayətlərin 90%-dən çoxu iddia müqaviləsi yolu ilə həll edilir”, – deyə BBC qeyd edir.

Onun hazırda Tiflisdə olan anası Liən Kennedi jurnalistlərlə söhbətində təsdiqləyib ki, prosessual müqaviləsi üzrə pul artıq köçürülüb. Ancaq qızın ailəsi onun tam azadlığa çıxması üçün kifayət qədər pul toplaya bilmədiyindən Bella Kalli çox güman ki, uşaqğı həbsxanada dünyaya gətirəcək.

Məlum olub ki, Kalli kollecdə tibb bacısı iztisası üzrə oxuyarkən bu yaz dostları ilə Filippinə, sonra isə Tailanda səyahətə yollanıb. Tailandda ailəsi ilə əlaqəsi kəsilib. O, bu ilin may ayında BƏƏ-nin Şarja şəhərindən təyyarə ilə Tbilisiyə gəlib. Baxış zamanı onun baqajından 12 kiloqram marixuana və 2 kiloqram həşiş aşkar edilərək götürülüb.

Kalli iddia edir ki, narkotiki daşıması üçün səfərdən öncə Tailandda işgəncəyə məruz qalıb. Tbilisidə həbs ediləndə 18 yaşı olan Kallinin 19-cu doğum gününü Rustavi Qadın Həbsxanasında qarşılayıb.

Vəkilin sözlərinə görə, gənc qadın Tailandda yerli hüquq-mühafizə orqanlarından kömək istəsə də, heç bir nəticəsi olmayıb və onu narkotik vasitələri daşımağa məcbur edən qrupa qaytarıblar. Vəkil iddia edir ki, müvəkkili qorxudulub və qızdırılmış dəmirlə işgəncələrə məruz qalıb. Tiflisdə həbs olunarkən onun əllərində işgəncə izləri olub.

Vəkil Malxaz Salakaya bildirib ki, əfv üçün Gürcüstan prezidentinə müraciət etməyi planlaşdırır.

Xatirə SADİQ

Seçilən
61
nocomment.az

1Mənbələr