“Restoran işləri ilə məşğulam, ət alıram. Görürəm ki, adam heyvanı gətirib kəsib, asıb. Yoxlama gəlir, beş-on manatını alıb, möhürünü vurub gedir. Bu realdır, sadəcə, heç kim demir. Çəkib göstərə də bilərəm".
"Yeni Sabah" pravda.az-a istinadla xəbər verir ki, bu sözləri kulinar-texnoloq Mübariz Vəliyev “Sabaha saxlamayaq” verilişində deyib.
O əlavə edib: "Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yoxlayır, nə qədər yoxlaya bilir? Gücü yetirmi? İşçi personalı yetərlidirmi? Deyir ki, sənəd, sübut budur, amma real o deyil. Bu gün kiçik qəsəbədə belə 10 qəssabxana var, gündəlik heyvanlar kəsilir. Yaxşı, əti almışam və qaynatmamışamsa, heyvan dabaq xəstəsidirsə, məsuliyyəti daşıyan kimdir?” pizza
M. Vəliyev qeyd edib: “Qaydalar var, bəs icraatı necədir? Qaydaları icra edənlər yoxlanılırmı? Onları kim yoxlayır? Heç kim!”
Telegram kanalımız
 
                        