AZ

Sürüşmələrin monitorinqi aparılıb

Yazını böyüt
Yazını kiçilt

Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Geomorfologiya və təbii risklər şöbəsinin əməkdaşları şöbə müdiri coğrafiya elmlər doktoru Stara Tarixazərin rəhbərliyi ilə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində sürüşmələrin monitorinqini aparıblar.

İnstitutdan hafta.az-a bildirilib ki, mütəxəssislərin rəyinə görə bu ərazidə sürüşmələrə səbəb olan əsas amil yamacın əsasının kəsilməsi və yamacın yuxarı hissəsində su və tullantı sularının nizamsız axmasıdır. İkinci sürüşmə sahəsi Yeni Günəşli yaşayış massivinin cənub-şərqində, Zığ-Hövsan yolunun kənarında yerləşir. Sürüşmələrin səbəbi antropogen fəaliyyətdir, yəni məişət və kanalizasiya sularının axıdılmasıdır. Fərdi yaşayış binalarının divarlarında və hasarlarda çoxsaylı çatlar və çökmə hadisələri müəyyən edilib.

Seçilən
31
12
hafta.az

10Mənbələr