AZ

Mirzoyana dəyən yumruğun cəzası 5,6 il həbs oldu

Kütləvi ixtişaşlar zamanı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanı döyməkdə təqsirləndirilən Torqom Asatryan 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 

"Unikal" xəbər verir ki, bu barədə erməni KİV yazıb. 

İttiham tərəfi onun üçün maksimum cəza - 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Torqom Asatryan günahını etiraf etməyib. O, 2023-cü ilin fevralından həbsdədir.

Ağarza Elçinoğlu 

Seçilən
25
2
unikal.az

3Mənbələr