"Real Madrid" heyətinə daha bir türk oyunçu cəlb edə bilər.
Offsideplus.az xəbər verir ki, "Roma"nın cinah müdafiəçisi Zeki Çelik "kral klubu"na önərilib.
Bu barədə "defensacentral.com" portalı məlumat yayıb.
"Real Madrid"in sağ cinah müdafiəçisi Dani Carvaxal yenidən zədələnib. Ona görə də Madrid təmsilçisi bu təklifi dəyərləndirə bilər.
Z. Çelik 2018-ci ildən Avropada çıxış edir. O, artıq 4-cü mövsümdür "Roma"nın üzvüdür.
28 yaşlı futbolçu cari mövsüm "canavarlar"ın heyətində 10 oyuna çıxıb və 1 məhsuldar ötürmə edib. O, Can-Pyero Qasperini dəyişilməz futbolçularından biridir.