AZ

Məşhur aktrisa yeni filmlə ekrana qayıdır

ain.az bildirir, Reyting.az portalına istinadən.

Oliviya Uayld və Pedro PaskalMəşhur aktrisa və rejissor Oliviya Uayld Hollivudun tanınmış rejissoru, ssenarist Toni Qilroyun yeni kino layihəsində - "Suayğırı" filmində Pedro Paskal, David Harbour və Eva Viktor ilə birlikdə rol alacaq. Bu, aktrisanın 2022-ci ildəki fantastik janrda çəkilmiş "Narahat olma, əzizim!" filmindən sonra ilk böyük ekrana çıxışı olacaq.Reyting.az xəbər verir ki, filmin süjeti Los-Anceles şəhərinə dönən violonçel ifaçısından bəhs edir. Məlumata görə, ekran əsərindəki hadisələr musiqi strukturu üzərindən yeni formada təqdim olunacaq. Rejissor Toni Qilroy"World Of Reel" nəşri yazır ki, "Suayğırı" adlanan yeni filmin çəkilişləri bu həftə başlayacaq və kinoteatrlarda nümayişi 2026-cı ilin payızına planlaşdırılıb.Oqtay QORÇU

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
6
1
reyting.az

2Mənbələr