AZ

Azərbaycanın şanlı Zəfər sədaları Vallettada səslənib (FOTO)

Bakı. Trend:

Maltanın paytaxtı Vallettadakı “Palazzo de La Salle” sarayındaAzərbaycanın Vətən müharibəsində qazandığı şanlı Zəfərin 5-ciildönümünə həsr olunmuş tədbir keçirilib.

Trendxəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumatyayıb.

Bildirilib ki, tədbir Azərbaycan Respublikasının Diasporla İşüzrə Dövlət Komitəsinin dəstəyi, İtaliya AzərbaycanlılarıKoordinasiya Şurasının (AKŞ) Malta üzrə koordinatorununtəşkilatçılığı və Malta İncəsənət Cəmiyyətinin əməkdaşlığı ilə baştutub.

Maltanın Azərbaycandakı, Ukraynadakı və Qazaxıstandakı səfiriCon Debono, Azərbaycanın Maltadakı fəxri konsulu Dr. Kris Balzan,eləcə də Malta, Türkiyə, Rumıniya, Bolqarıstan, Özbəkistan, Polşa,İtaliya və İspaniyadan olan diaspor üzvləri, diplomatik korpuslarınnümayəndələri, Azərbaycan icması və yerli ictimaiyyətintəmsilçiləri tədbirdə iştirak ediblər.

Tədbir Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrundacanlarını fəda edən şəhidlərin müqəddəs xatirəsinin ehtiramlaanılması ilə başlayıb.

İtaliya Azərbaycanlıları Koordinasiya Şurasının Malta üzrəkoordinatoru Aysel Şkembri çıxışında Zəfər Gününün müasirAzərbaycan tarixində, eləcə də xalqımızın milli-mənəvi həyatındakıəhəmiyyətini vurğulayıb.

Azərbaycan Respublikasının Maltadakı fəxri konsulu Dr. KrisBalzan Zəfər Gününün Azərbaycanın ərazi bütövlüyünün bərpasını vəmilli qürurunun yenidən dirçəlişini simvolizə etdiyinibildirib.

Tədbir iki xalq arasında dostluq və qarşılıqlı anlaşma ruhunauyğun rəngarəng musiqi proqramı ilə davam edib. Maltalı vəazərbaycanlı musiqiçilər ilk dəfə eyni səhnəni bölüşüblər.

Proqramda İsveçdən pianoçu Aynur Məlikova və tenor SinanXəlilinin, Azərbaycandan tarzən Səxavət Məmmədovun, eləcə dəmaltalı folklor musiqiçisi və multiinstrumentalist FrançeskoSultananın ifasında Azərbaycan və Avropa klassik musiqisinininciləri səsləndirilib. Vasif Adıgözəlovun “Qərənfil”, HəsənRzayevin “Cahargah Rapsodiyası”, Səid Rüstəmovun “Oxu, tar”, RaufHacıyevin “Azərbaycan” əsərləri, eləcə də xalq mahnısı “Sarı gəlin”böyük maraq və alqışlarla qarşılanıb.

Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Seçilən
40
5
az.trend.az

6Mənbələr