AZ

Ukrayna ordusu: Rus hərbçiləri Mirnoqrada daxil olmayıb, Pokrovsk istiqamətində döyüşlər gedir

Rusiya hərbçiləri Donetsk vilayətində yerləşən Mirnoqrad şəhərinə daxil olmayıb.

APA xəbər verir ki, bu barədə məlumat Ukrayna ordusunun “Şərq” qruplaşmasının komandanlığı tərəfindən yayılıb.

Bildirilib ki, Mirnoqrad yaxınlığında ağır döyüşlər getsə də, şəhərin içərisində düşmən qüvvələri yoxdur.

Bir gün əvvəl “Şərq” qruplaşmasının nümayəndəsi Qriqori Şapoval Ukrayna telemarafonunun efirində “düşmənin Mirnoqradın kənarlarına daxil olduğunu” bildirib. O, həmçinin rus qoşunlarının artilleriya, pilotsuz uçuş aparatları, piyadalar və texnika ilə hücumu davam etdirdiyini qeyd edib.

Lakin bu gün komandanlıq açıqlama yayaraq Şapovalın ifadəsində qarışıqlıq yarandığını və əslində söhbətin Pokrovsk şəhərindən getdiyini bəyan edib. Məlumata görə, rus qüvvələri hazırda məhz Pokrovsk istiqamətində döyüş əməliyyatlarını davam etdirir.

Bununla yanaşı, Rusiya yönümlü hərbi bloqerlər Rusiyanın hücum qruplarının Mirnoqradın şərq kənarlarına göndərildiyini və Pokrovsk–Mirnoqrad aqlomerasiya zonasında ağır döyüşlərin getdiyini iddia edirlər.

Seçilən
21
6
apa.az

7Mənbələr