Ajans.az xəbər verir ki, Sərəncama əsasən aşağıdakı təyinatlar olub: apellyasiya instansiyası məhkəmələri üzrə: Ələddin Tofiq oğlu Məcidov Şəki Apellyasiya Məhkəməsi sədrinin müavini təyin edilib; Samir Firdusi oğlu Həsənov Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının sədri vəzifəsindən azad edilərək həmin məhkəmənin sədrinin müavini təyin edilib; Zahid Tahir oğlu Məmmədov Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının sədri təyin edilib; Xəqani Hacı oğlu Səmədov Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının sədri təyin edilib; ağır cinayətlər məhkəmələri üzrə: Hüseyn İnanc oğlu Hüseynli Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilib; Nigar Arzu qızı İmanova Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilib; Babək Əkbər oğlu Pənahov Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilib; hərbi məhkəmələr üzrə: Fərman Məmməd oğlu Abbasov Tərtər Hərbi Məhkəməsinin hakimi və sədri təyin edilib; inzibati məhkəmələr üzrə: Rəşad Mövsüm oğlu Nuriyev Ağcabədi Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Şirvan İnzibati Məhkəməsinin hakimi təyin edilib; kommersiya məhkəmələri üzrə: İlkin Əli oğlu Əliyev Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Kommersiya Məhkəməsinin hakimi təyin edilib; Fərid Eldar oğlu Hətəmzadə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Kommersiya Məhkəməsinin hakimi təyin edilib; Naxçıvan Muxtar Respublikasının rayon (şəhər) məhkəmələri üzrə: İlham Sadət oğlu İbrahimov Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Naxçıvan Muxtar Respublikası Kəngərli Rayon Məhkəməsinin hakimi və sədri təyin edilib; Bakı şəhərinin rayon məhkəmələri üzrə: Fuad Ələsgər oğlu Hüseynov Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi təyin edilib; rayon (şəhər) məhkəmələri üzrə: İlqar Vidayət oğlu Hüseynov İsmayıllı Rayon Məhkəməsinin sədri təyin edilib; Emin İlham oğlu Məmmədli Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Oğuz Rayon Məhkəməsinin hakimi və sədri təyin edilib; Zaman Şakir oğlu İmanov Gəncə Şəhər Məhkəməsi sədrinin müavini təyin edilib. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.