AZ

Mercedes Benz in satışı azalıb, xalis mənfəəti 2 dəfə düşüb

ain.az bildirir, Marja.az saytına əsaslanaraq.

Almaniyanın avtomobil konserni 2025-ci ilin üçüncü rübü və cari ilin doqquz ayı üzrə maliyyə göstəricilərini açıqlayıb.

Marja.az Şirkətin məlumatına istinadən xəbər verir ki, yanvar-sentyabr ayları ərzində Mercedes-Benz-in xalis mənfəəti keçən ilin eyni dövrü ilə müqayisədə iki dəfə azalıb.

Göstəricinin azalması 50,3% təşkil edib — 7,8 milyard avrodan 3,87 milyard avroya düşüb. Mənfəətin azalmasının səbəbləri kimi konsern - gömrük rüsumları, satışların azalması və səmərəliliyin artırılması tədbirlərinə çəkilən xərcləri göstərib.

Üçüncü rübün (iyul-sentyabr) nəticələrinə gəldikdə isə, bu dövr ərzində Şirkətin xalis mənfəəti keçən ilin eyni dövrü ilə müqayisədə 30,8% azalıb — 1,72 milyard avrodan 1,19 milyard avroya düşüb. Avtomobil konserninin rəhbəri Ola Kallenius qeyd edib ki, bu nəticə proqnoza uyğundur.

2025-ci ilin üçüncü rübündə şirkətin gəliri 6,9% azalararaq 32 milyard 147 milyon avroya düşüb, avtomobil istehsalçısının faiz və vergilər çıxılmadan əvvəlki  gəliri (EBITA) isə keçən ilin eyni dövrü ilə müqayisədə 2 milyard 537 milyon avrodan 2 milyard 99 milyon avroya enib.

Üçüncü rübdə Mercedes-Benz ümumilikdə 525,3 min sərnişin avtomobili və furqon satıb ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 12% azdır. Doqquz ayın yekunlarına görə, Mercedes-in satışları ümumilikdə 9% azalıb və təxminən 1,6 milyon ədəd təşkil edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
21
1
marja.az

2Mənbələr