
Rusiya qüvvələri Ukraynanın Pokrovsk aqlomerasiyasını mühasirəyə almaq cəhdlərini davam etdirir. Hazırda bu məqsədlə təxminən 11 min əsgər toplanıb.
Reyting.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hava-Desant Hücum Korpusunun 7-ci Sürətli Reaksiya Korpusu məlumat yayıb.
Bildirilib ki, şəhərə daxil olan rus bölmələri Pokrovskun şimal-qərbinə və şimalına doğru irəliləməyi hədəfləyir.
Məlumata görə, Rusiya ümumilikdə 7-ci Hava-Desant Hücum Korpusunun məsuliyyət zonasında təxminən 27 min əsgər, 100 tank, 260-a qədər zirehli döyüş maşını və 160-a qədər top və minaatan cəmləşdirib.
Ukrayna hərbi qüvvələri Pokrovskda müdafiə əməliyyatını davam etdirdiklərini və işğalçı qüvvələri məhv etdiklərini bildirirlər.
Qeyd edək ki, Hava-Desant Qüvvələrinin 7-ci Hücum Alayının yayımladığı xəritə rusların Pokrovsk aqlomerasiyasını mühasirəyə alma ehtimalını əks etdirir.
E. KAMAL