Bakı.Trend:
Oğuzda qanunsuz kömür quyuları aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumatagörə, Oğuz rayonunda polis əməkdaşları tərəfindən ətraf mühitinmühafizəsi qaydalarına riayət olunması məqsədilənəzarət-profilaktik tədbirlər keçirilib.
Bildirilib ki, tədbirlər zamanı rayonun Şirvanlı və Tayıflıkəndləri ərazisində qanunsuz yolla ağac kömürü istehsal edənquyular aşkarlanıb.
Qeyd edilən icazəsiz fəaliyyətlə məşğul olan 4 nəfər barəsindətoplanmış material qərar qəbul edilməsi üçün aidiyyəti üzrəgöndərilib. Kömür quyularının isə fəaliyyəti dayandırılıb.