UEFA Çempionlar Liqasının 4-cü turunda “Qarabağ”ın qonağı olacaq "Çelsi"ni Bakıda xeyli sayda azarkeş dəstəkləyəcək.
Publika.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma üçün London təmsilçisinin fanatlarına 1300 yer ayrılıb.
Qeyd edək ki, noyabrın 5-də keçiriləcək matç saat 21:45-də start götürəcək.
 
                        