AZ

AMEA-dakı dövrü araşdırılan Akif Əlizadədən AÇIQLAMA

AMEA-dakı dövrü araşdırılan Akif Əlizadədən AÇIQLAMA

Bu gün mətbuatda yayılan məlumatlara görə, Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) araşdırmalar davam edir. Araşdırma AMEA prezidenti İsa Həbibbəylinin rəhbərlik etdiyi dövrü, eyni zamanda, daha öncəki rəhbərlərin Ramiz Mehdiyev və Akif Əlizadənin fəaliyyət illərini əhatə edir. Araşdırmanın Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparıldığı bildirilir. İstintaq AMEA-da mənimsəmə və sui-istifadə hallarının olub-olmamasını araşdırır.

AFN.az-ın xəbərinə görə, 2013-2019-cu illərdə AMEA prezidenti olan Akif Əlizadə məsələ ilə bağlı "Unikal"a açıqlama verib: "Araşdırırlar da... Qoy araşdırıb qurtarsınlar görək, hara çıxacaq? Bəlkə, hələ çox şeylərin üstü açılacaq... Bu prosesdə bir qədər səbirli olmaq lazımdır. Tələsmək olmaz. Baxaq görək hələ nə deyirlər. Mən bu barədə hələlik başqa nə isə deyə bilmərəm", - deyə A.Əlizadə qeyd edib.

Seçilən
12
4
afn.az

5Mənbələr