AZ

Cəbrayıl şəhərində salınacaq 2-ci və 3-cü yaşayış komplekslərində 48 bina tikiləcək

Cəbrayıl şəhərində ikinci yaşayış kompleksi 5,28 hektar ərazidə salınacaq. Layihə çərçivəsində 5 və 6 mərtəbəli 23 bina inşa ediləcək.

Modern.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlhamiyyə Rzayeva deyib.

Onun sözlərinə görə, binalarda bir, iki, üç, dörd və beş otaqdan ibarət ümumilikdə 615 mənzil olacaq: “Kompleksdə sakinlərin rahat yaşayışı üçün bütün zəruri şərait yaradılacaq”.

Üçüncü yaşayış kompleksi haqqında da ətraflı məlumat verən İlhamiyyə Rzayeva qeyd edib ki, bu kompleksin də ümumi sahəsi 5 hektardan artıqdır.
“Burada 5, 6 və 7 mərtəbəli 25 binanın tikintisi planlaşdırılır. Layihəyə əsasən binalarda bir, iki, üç, dörd və beşotaqlı olmaqla 746 mənzilin inşası nəzərdə tutulur", - o deyib.

Qeyd edək ki, hər iki kompleks müasir standartlara uyğun şəkildə tikiləcək, zəruri sosial infrastrukturla təchiz ediləcək və Cəbrayıl şəhərinin bərpası istiqamətində atılan növbəti mühüm addım olacaq.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Cəbrayıl şəhərində ikinci və üçüncü yaşayış komplekslərinin təməlini qoyub.

Seçilən
21
49
modern.az

10Mənbələr