Bəs, komanda oyuna nə dərəcədə hazırdı? Heyətdə son durum nə yerdədi?
“Football-plus.az”ın sualını “qırmızı-ağlar”ın vitse-prezidenti Mahmud Sadıqov cavabladı:
“Əsas mərhələyə yüksəldiyimiz gündən bəri rəqiblərli təhlil etmişik. Zədəli və cəzalı futzalçımız yoxdu. Tam heyətlə dünən günorta saatlarından etibarən Rumıniyadayıq. Həmçinin dünən axşam matçın keçiriləcəyi “Sala Sporturilor Dunarea”da məşqə çıxdıq. Həm zalın, həm də meydanın durumuyla tanış olduq. Komanda daim diqqətimizdədi. Sponsorumuzla görüş də baş tutub. Futzalçılara yaxşı məbləğdə mükafat vəd edilib. Həm fiziki, həm də psixoloji durum yüksək səviyyədədi. Düzdü, bizi çətin oyunlar gözləyir. Ancaq komandaya inanırıq. Nə lazımdısa, etmişik. Məşqlərə və oyunlara köklənə bilmələri üçün hər xırda detala məsuliyyətlə yanaşmışıq. Ümid edirik ki, pley-off mərhələsinə vəsiqə qazanacağıq. Kollektivin qarşısına qoyulan hədəf məhz budu”.
KƏNAN BAHADIR
                        
                     
                        