AZ

Əsas terrorçular məhv edilib: İsrail ordusu Qəzzaya hücumun detallarını açıqlayıb

ain.az, Bizimyol saytına istinadən bildirir.

İsrail Müdafiə Ordusu, HƏMAS tərəfindən atəşkəs sazişinin pozulmasına cavab olaraq Qəzzada həyata keçirilən əməliyyatın detalları barədə məlumat verib.

Bizimyol.info xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin Baş qərargahı məlumat verib.

"7 oktyabr 2023-cü ildə baş vermiş qanlı hadisələrin ardından, HƏMAS-ın atəşkəs sazişini kobud şəkildə pozmasına cavab olaraq, İsrail ordusu (İsrail Müdafiə Qüvvələri) və ŞABAK (İsrailin daxili təhlükəsizlik xidmətləri) kəşfiyyat məlumatlarına əsaslanaraq Qəzzənin müxtəlif bölgələrindəki onlarla terrorçu obyektə dəqiq zərbələr endirib", - deyə açıqlamada qeyd olunub.

İsrail ordusunun məlumatlarına görə, HƏMAS-ın mühüm üzvləri məhv edilib, müşahidə postları, silah istehsalı anbarları, raket qurğuları, yeraltı tunellər və minomyot atəşi üçün mövqelər dağıdılıb.

"Əlavə olaraq, İsrail ordusu üç bataqlon komandiri rütbəsində olan, iki bataqlon komandirinin müavini və on altı rota komandiri rütbəsində olan terrorçuları hədəf almağa çalışıb", - deyə hərbi nümayəndələr qeyd ediblər.

Son 24 saat ərzində onlarla terrorçuya zərbə endirilib. Aralarında 7 oktyabr 2023-cü il tarixində İsrailin ərazisinə daxil olan və qətliamı törədən döyüşçülər də var:

Məhəmməd İsa, "Nuxba" qüvvələrinin komandiri;Fuad Oveydə, "Nuxba" dəstəsinin rəhbəri;"Adnani aş-Şamma" terrorçuları Məhəmməd Əbu Şəriya və Nədal Əbu Şəriya.

Həmçinin, Cənubi Qəzzada "Nuxba" rota komandiri Hatem Mahir Musa Kadra məhv edilib. O, Xan-Yunis şimalında yerləşən Eyn-Ha-Şloşa kibutsuna hücumun təşkilatçısı idi.

"İsrail ordusu və ŞABAK, İsrail Dövlətinə hər hansı bir təhlükə yaratmağa çalışan bütün hədəfləri məhv etməkdə qərarlıdırlar", - deyə birgə bəyanatda vurğulanıb.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
icma.az

1Mənbələr