AZ

Qobustanda “Uşaqları hər növ istismardan qoruyaq” adlı tədbir keçirilib - FOTOLAR

Qobustanda “Uşaqları hər növ istismardan qoruyaq” adlı tədbir keçirilib - FOTOLAR

Qobustan rayonunda “Uşaqları hər növ istismardan qoruyaq” adlı tədbir-görüş keçirilib.

AFN.az xəbər verir ki, tədbir məlumatlandırma xarakteri daşıyıb və İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının üzvləri – "Təmiz Dünya" Qadınlara Yardım İB və "Ailə Dünyası" Ailələrə Hüquqi Yardım İB tərəfindən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Sosial Xidmətlər Agentliyinin maliyyə dəstəyi ilə Qobustan rayonunda fəaliyyət göstərən "Əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial reabilitasiya mərkəzi"ndə “Uşaq hüquqları aylığı” çərçivəsində keçirilmişdir. Tədbir əlilliyi olan uşaqlar və onların valideynləri ilə görüş şəklində təşkil olunub.

Tədbirin məqsədi uşaqların hüquqlarının qorunması, uşaq istismarına qarşı maarifləndirmənin gücləndirilməsi və valideynlərdə məsuliyyət hissinin artırılması olub. Görüş zamanı iştirakçılara uşaq hüquqlarının təmin olunması istiqamətində dövlət orqanlarının və vətəndaş cəmiyyəti institutlarının birgə fəaliyyəti izah edilib.

Koalisiyanın sədri Mehriban Zeynalova çıxışında bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyasına, Uşaq Hüquqları Bəyannaməsinə, Uşaq Hüquqlarına dair Konvensiyaya və digər beynəlxalq sənədlərə əsasən, ölkəmizdə uşaqların hüquq və azadlıqlarının qorunması dövlət siyasətinin əsas istiqamətlərindən biridir. O, uşaq istismarının növləri, sosial və psixoloji fəsadları, həmçinin sosial şəbəkələr vasitəsilə uşaqların aldadılaraq istismara məruz qalma riskləri barədə iştirakçılara ətraflı məlumat verib. Mehriban Zeynalova valideynləri uşaqların təhlükəsizliyinə diqqətli olmağa, onlarla mütəmadi ünsiyyət qurmağa və hər hansı şübhəli vəziyyətlə qarşılaşdıqda aidiyyəti qurumlara müraciət etməyə çağırıb.

Tədbir sonunda iştirakçılar mövzu ilə bağlı fikir mübadiləsi aparıb, suallarını səsləndiriblər və maarifləndirici təlim materialları ilə təmin olunublar.

Seçilən
5
3
afn.az

4Mənbələr