AZ

Kevin De Bruyne əməliyyat olunub

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakı, 29 oktyabr, AZƏRTAC

İtaliyanın "Napoli" komandasının yarımmüdafiəçisi Kevin De Bruyne əməliyyat olunub.

AZƏRTAC klubun rəsmi saytına istinadən xəbər verir ki, belçikalı futbolçu Antverpen şəhərində sağ bud nahiyəsindən uğurlu əməliyyat keçirib. 34 yaşlı oyunçu reabilitasiya mərhələsinə də öz ölkəsində başlayacaq.

Kevin De Bruyne A Seriyasının VIII turunda "İnter"ə 3:1 hesabı ilə qalib gəldikləri matçın 33-cü dəqiqəsində penalti zərbəsini dəqiq yerinə yetirdikdən sonra zədələnib və meydanı vaxtından əvvəl tərk edib. Onun 3-4 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
21
4
azertag.az

6Mənbələr