AZ

Azərbaycan xarici siyasətdə yeni mərhələyə qədəm qoyur AÇIQLAMA

Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Azərbaycan regionda son illər beynəlxalq siyasi proseslərə təsir edən önəmli aktorlardan birinə çevrilib. Ölkə artıq xarici siyasətində yeni hədəflər müəyyənləşdirərək, regional sabitlik və əməkdaşlığın güclənməsinə yönəlib".Bunu Demokrat.az-a açıqlamasında Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu deyib.O, bildirib ki, hazırda Azərbaycanın xarici siyasətində prioritet istiqamət sülh prosesinin uğurla başa çatdırılması, o cümlədən Ermənistanla yekun sülh müqaviləsinin imzalanmasıdır:"Bununla belə, Azərbaycan hesab edir ki, müharibə mərhələsi artıq başa çatıb və indi qarşıda iqtisadi gücün, regional nüfuzun artırılması kimi yeni məqsədlər dayanır. Geosiyasi proseslərdə fəal iştirak edən Azərbaycan iqtisadi potensialını gücləndirməklə yanaşı, beynəlxalq təşkilatlarda da mövqelərini möhkəmləndirib. Xüsusilə Vətən müharibəsindən sonra Qoşulmama Hərəkatına sədrliyi ölkəmizin beynəlxalq arenadakı nüfuzunu artırıb".Politoloq bildirib ki, Azərbaycan həm də müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi etməklə, qlobal dialoqa və sülh təşəbbüslərinə töhfə verən vasitəçi dövlət kimi tanınır:"Bu da Azərbaycanın diplomatik münasibətlərdə etimad və etiket qaydalarına həssas yanaşmasının nəticəsidir. Mövcud qlobal böhran bir sıra beynəlxalq təşkilatların funksionallığını zəiflətsə də, yeni əməkdaşlıq formatlarının formalaşmasına şərait yaradıb. Onlardan biri də Türk Dövlətləri Təşkilatıdır. Azərbaycan bu qurumun güclənməsi, Türk dövlətləri arasında iqtisadi, siyasi və mədəni inteqrasiyanın dərinləşməsi istiqamətində mühüm rol oynayır".Onun sözlərinə görə, Prezident İlham Əliyevin “Bizim bir ailəmiz var, o da Türk dünyasıdır” fikri Azərbaycanın Türk dünyasına verdiyi önəmin bariz göstəricisidir:"Bu yanaşma, Azərbaycanın xarici siyasətində Türk Dövlətləri Təşkilatının daha da gücləndirilməsini əsas prioritetlərdən biri kimi müəyyənləşdirir. Həm regional, həm də beynəlxalq səviyyədə Azərbaycanın artan rolu, onun sülhə, əməkdaşlığa və birliyə əsaslanan siyasətinin davamlılığını təsdiqləyir".Əfsanə Kamal

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
34
demokrat.az

1Mənbələr