Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf və Rusiyanın “Qazprom” şirkətinin İdarə Heyətinin sədri Aleksey Miller Sankt-Peterburqda işgüzar görüş keçiriblər.
Bu barədə BAKU.NEWS Rusiya şirkətinə istinadən xəbər verir.
“Tərəflər qarşılıqlı fəaliyyətin mümkün istiqamətlərini müzakirə ediblər”, – “Qazprom”dan bildirilib.


