AZ

Binədə “Prius” keçiddən keçməyən qadını vurdu VİDEO

ain.az, Avtosfer saytına istinadən bildirir.

Paytaxtın Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük savxozu adlanan ərazidə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Avtosfer.az-ın məlumatına görə, qəza oktyabrın 28-də günorta saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan “Toyota Prius” markalı avtomobil yolu təyin olunmamış yerdən keçən qadını vurub. Zərbənin təsirindən piyada yerə yıxılıb. Xoşbəxtlikdən qadın yüngül bədən xəsarətləri alıb. Hadisə zamanı yaxınlıqdakı vətəndaşlar və yoldan keçən sürücülər qadına dərhal yardım göstəriblər. 

Qeyd edək ki, qəzanın baş verdiyi ərazidən irəlidə piyada keçidi mövcuddur. 

Faktla bağlı araşdırma aparılır.

Nərmin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
avtosfer.az

1Mənbələr