AZ

Sabirabadın bir hissəsində qaz kəsiləcək

Sabirabad şəhərinin bir hissəsinin qaz təchizatında fasilə yaranacaq. Bu barədə "Azəriqaz" İB məlumat yayıb.

"Sabirabad 1 və 2" ölçü qovşağından qidalanan diametri 315 mm-lik PE "Şəhər Poçt" yeraltı qaz kəmərinin növbədən kənar kipliyin yoxlanılması məqsədi ilə əlaqədar 30.10.2025-ci il saat 10:00-dan etibarən işlər başa çatanadək Sabirabad şəhər mərkəzinin bir hissəsində (ümumi 1921 abonent) qaz təchizatının dayandırılması planlaşdırılır.

Seçilən
8
1
anews.az

2Mənbələr