Bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Bildirilib ki, şəhərin təsdiq edilmiş Baş Planına uyğun olaraq Ağdamın mərkəzi küçəsində salınan kompleksin ümumi sahəsi təxminən 14 hektardır.
Layihə çərçivəsində 1 268 mənzilli çoxmənzilli yaşayış binaları inşa olunur.Kompleksin ərazisinin böyük hissəsi yaşıllıq zonası olacaq. Binaların memarlıq həllində müasir yanaşmalarla yanaşı, milli naxış elementlərindən də istifadə edilir. Layihə çərçivəsində sakinlərin rahatlığı üçün zəruri infrastruktur obyektlərinin yaradılması nəzərdə tutulur.
Baxış zamanı qonaqlara görülən işlərin gedişi, mərhələli icra qrafiki və kompleksin istifadəyə verildikdən sonra formalaşacaq şəhər mühitinin əsas xüsusiyyətləri barədə ətraflı məlumat verilib.