AZ

Rusiya Pokrovska əlavə 11 min hərbçi cəlb edib

ain.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Ukrayna Silahlı Qüvvələrinin 7-ci Korpusunun məlumatına görə, ruslar Pokrovsk aqlomerasiyasını mühasirəyə almaq cəhdlərini davam etdirir və hazırda əlavə olaraq bölgəyə təxminən 11.000 əsgər cəmləşdiriblər.

“AzPolitika” xəbər verir ki, 7-ci korpusun yayımladığı bəyanata görə, Pokrovska nüfuz edən düşmən qrupları şəhərin şimal-qərbinə və şimalına doğru irəliləməyi hədəfləyir.

Qeyd olunur ki, ümumilikdə təkcə sözügedən korpusun məsuliyyət zonasında düşmən təxminən 27.000 əsgər, 100 tank, 260-a qədər zirehli döyüş maşını və 160-a qədər top və minaatan cəmləşdirib.

Hərbçilər bildirirlər ki, onlar Pokrovskda müdafiə əməliyyatını davam etdirir və işğalçıları məhv edirlər.

Dünən Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın hazırkı əsas məqsədinin Pokrovsk şəhərini ələ keçirmək olduğunu bildirdi. Onun sözlərinə görə, bu məqsədlə işğalçılar ən böyük qüvvələrini ora cəmləşdiriblər və əhəmiyyətli hücum əməliyyatları aparırlar.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
48
azpolitika.info

1Mənbələr