AZ

Dövlət Agentliyində Coca-Cola ilə görüş - NƏLƏR MÜZAKİRƏ EDİLİB?

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov  və “Azerbaijan Coca-Cola Bottlers” MMC-nin baş direktoru Rəna Məmmədova arasında ikitərəfli görüş keçirilib.

Agentliyin yaydığı məlumatda bildirilir ki, görüş zamanı ölkədə sağlam və ədalətli rəqabət mühitinin formalaşdırılması, istehlakçı hüquqlarının etibarlı müdafiəsi, həmçinin bazar iştirakçılarının məsuliyyətli və şəffaf fəaliyyətinin təşviqi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib.

Tərəflər arasında alkoqolsuz içkilər bazarının cari vəziyyəti müzakirə olunub, bu sahədəki mövcud tendensiyalar, istehlakçı davranışları və bazarın gələcək artım potensialı barədə fikir mübadiləsi aparılıb. Həmçinin “Azerbaijan Coca-Cola Bottlers” MMC-nin İsmayıllı rayonunda yeni zavodunun fəaliyyətə başlaması və onun çeşid perspektivindən istehlak bazarına verdiyi töhfələr barədə ətraflı məlumat verilib.

Sonda dövlət-özəl dialoqu çərçivəsində əməkdaşlıq imkanlarının genişləndirilməsi və müvafiq bazarla bağlı məlumat mübadiləsinin davam etdirilməsi barədə razılıq əldə olunub.

Seçilən
24
7
marja.az

8Mənbələr