"Sumqayıt" Azərbaycan Kubokunun II təsnifat mərhələsində "Zaqatala"nı məğlub edərək, mərhələ adlayıb. 

Offsideplus.az xəbər verir ki, Sumqayıt təmsilçisinin baş məşqçisi Saşa İliç oyundan sonra matçla bağlı fikirlərini bölüşüb:

“Yaxşı qarşılaşma oldu. Əsas məqsədimiz daha az forma şansı əldə edən futbolçuları oynatmaq idi. Xüsusilə ilk hissədə 2:0 önə keçdikdən sonra oyunun nəzarətini əlimizdə saxlamağa və zədələrdən qaçmağa çalışdıq. İkinci hissədə isə dəyişikliklər edərək digər oyunçuların tonusda qalması üçün şans yaratdıq. Hesab 3:0 olsa da, düşünməzdim ki, asan qələbə oldu. Lakin istənilən halda növbəti mərhələyə vəsiqə qazandığımız üçün sevincliyik. “Zaqatala”ya isə növbəti oyunlarda uğurlar arzu edirik”.