AZ

Orta sahibkarlığa verilən kreditlərin həcmi illik ifadədə 500 milyon manat artıb

Bakı. Trend:

Bu ilin oktyabrın 1-nə Azərbaycanda orta sahibkarlıqsubyektlərinə verilən kreditlərin həcmi 2,250 milyard manat təşkiledib.

Bu barədə Trend Azərbaycan Mərkəzi Bankına istinadən xəbərverir.

Məlumata görə, bu, cari ilin sentyabrın ayının 1-i iləmüqayisədə 113,1 milyon manat və ya 5,3%, ötən ilin eyni dövrünənisbətən isə 500 milyon manat və ya 28,6% çoxdur.

Belə ki, cari ilin sentyabr ayının 1-nə Azərbaycanda ortasahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 2,137 milyardmanat, 2024-cü ilin oktyabrın 1-nə isə 1,750 milyard manat idi.

Qeyd edək ki, bu ilin oktyabr ayının 1-nə Azərbaycan banklarınınbiznes kredit portfelinin həcmi 15,545 milyard manat təşkil edibki, bu da əvvəlki ayla müqayisədə 452,8 milyon manat və ya 3%, ötənilin eyni dövrünə nisbətən isə 1,1 milyard manat və yaxud 7,9%çoxdur.

Seçilən
5
7
az.trend.az

10Mənbələr