AZ

Rusiya rəsmisi: Putin-Tramp görüşü ləğv edilməyib

ABŞ-Rusiya sammiti ləğv edilməyib, qeyri-müəyyən müddətə təxirə salınıb.

Teleqraf xəbər verir ki, bu sözləri Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Vladimir Putin və Donald Tramp arasında görüş barədə qərarın nə vaxt veriləcəyini şərh edərkən deyib.

O, görüş tarixinin şərtlər müəyyən edildikdən sonra təyin olunacağını bildirib.

Nazir müavini həmçinin qeyd edib ki, Trampın Ukraynadakı sülh təşəbbüsləri ilə bağlı ritorikası hazırda bir qədər fərqlidir.

"Bu, Avropa İttifaqının təzyiqi ilə formalaşır", - nazir müavini əlavə edib.
Seçilən
16
2
sherg.az

3Mənbələr