AZ

Məzahir Pənahov yola salınır – Yeni sədr o olacaq

Mərkəzi Seçki Komissiyasının (MSK) tərkibi yenidən formalaşacaq. Pravda.az xəbər verir ki, bu barədə Metbuat.az-a MSK-dakı mənbə məlumat verib. Onun sözlərinə görə, MSK-nın buraxılması ilə bağlı qərar yaxın 3 ay ərzində elan olunacaq.

 

Məlumatlı şəxs bildirib ki, MSK-nin yeni tərkibi gələn ilin martında seçiləcək. Onun qənaətinə görə, oğlunun adı ətrafında yaranan qalmaqaldan sonra Məzahir Pənahovun yenidən sədr seçilməsi mümkün deyil. Mənbə çemodan əhval-ruhiyyəsində olan 74 yaşlı Pənahovun taleyi ilə barışdığını vurğulayıb.

 

Siyasi kluarlarda MSK-nin yeni sədrinin Rövzət Qasımov olacağı iddia edilir. Rövzət Qasımov 23 oktyabr 2019-cu ildən MSK sədrinin müavini vəzifəsində çalışır.

Tarix: 29 Oktyabr 2025, 19:35   
Seçilən
18
15
pravda.az

10Mənbələr