Unikal.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Fransa Məhkəməsi Qazaxıstanın “Astana” komandasında oynamış rusiyalı basketbolçu Daniil Kasatkinin ABŞ-a ekstradisiya edilməsinə qərar verib.
"Unikal" xəbər verir ki, idmançı bu ilin iyununda ABŞ-ın sorğusu əsasında Fransada saxlanılmışdı.
Kasatkinin haker şəbəkəsində iştirak edərək pul tələb etmə fəaliyyətinə cəlb olunduğu iddia olunur. ABŞ qanunvericiliyinə əsasən, ona kompüter fırıldağı və elektron dələduzluq maddələri üzrə 25 ilədək həbs cəzası verilə bilər.
Basketbolçu isə özünü təqsirli hesab etmir və ittihamları rədd edir.
Onun Fransada saxlanılmasından sonra “Astana” oyuçu ilə müqaviləni birtərəfli qaydada ləğv edib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
 
                        