AZ

Namaz qılarkən arvadını öldürən şəxsə HÖKM OXUNDU KONKRET

ain.az bildirir, Konkret.az saytına əsaslanaraq.

Xəzər rayonunda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Ramil Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

KONKRET.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən iclasda məhkəmə istintaqı yekunlaşıb.

Dövlət ittihamçısı çıxışında Ramil Məmmədovun 14 il müddətinə azadlıqdan məhrum edilməsini məhkəmədən xahiş edib.

Müşavirədən sonra elan olunan hökmə əsasən, təqsirləndirilən şəxs 12 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

İttiham aktına görə, Ramil Məmmədov ailə münaqişəsi zəminində həyat yoldaşını idman aləti olan beysbol çubuğu ilə döyərək qətlə yetirib.

Qeyd edək ki, hadisə 2025-ci il fevralın 8-də Xəzər rayonu, Binə qəsəbəsində baş verib.

Məlumata əsasən, 1976-cı il təvəllüdlü Lamiyə Məmmədova namaz qıldığı zaman həyat yoldaşı tərəfindən küt alətlə vurularaq öldürülüb.

Ramil Məmmədovun daha əvvəl törətdiyi digər cinayətə görə 7 il müddətinə azadlıqdan məhrum edildiyi bildirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
5
konkret.az

6Mənbələr