Bakı. Trend:
Türkiyə ilə Azərbaycan arasında dünyada bənzəri olmayan,qəlblərə kök salmış istisna bir qardaşlığa hamımız şahidlikedirik.
Trend xəbərverir ki, bunu bu gün Türkiyənin Azərbaycandakı səfiri Birol AkgünTürkiyə Respublikasının yaradılmasının 102-ci ildönümü münasibətiləGülüstan Sarayında keçirilən tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, Türkiyə Azərbaycanı beynəlxalq platformalarda əngüclü şəkildə dəstəkləməyə davam edəcək:
“Azərbaycanlı qardaşlarımız bu gün əldə etdikləri uğurlarıdanışıqlar masasına da daşıyıblar. Bölgədə qalıcı sülhün təminedilməsi, inkişafın başlanması və əlaqələrin artması üçün tarixibir fürsət yaranıb. Bölgədə bərqərar olunacaq sülh və sabitlikdənyalnız region ölkələri deyil, bütün dünya faydalanacaq. Buna görədə, qalıcı sülhün təmin olunması hamımızın ən böyük arzusudur”.
Onun sözlərinə görə, Rəcəb Tayyib Ərdoğanın qlobal sülh vəsabitlik uğrunda göstərdiyi səylər bütün dünya tərəfindən diqqətləizlənir:
“Bu çərçivədə Ukraynadakı müharibənin bir an əvvəl dayanması,Qəzzədə atəşkəsin təmin olunaraq iki dövlətli həll yoluna nailolunması və Suriyada sülh və sabitliyin möhkəmlənməsi əsasprioritetlərimizdəndir.
Bütün bu məsələlərdə biz Azərbaycanla sıx əməkdaşlıq vəhəmrəylik içindəyik. Daha ədalətli bir dünya mümkündür və bununüçün birlikdə çalışmalıyıq”.