AZ

Gəncədə irigövdəli ağac yola aşıb

Gununsesi portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Gəncə şəhərində günorta saatlarından başlayan güclü külək irigövdəli ağacı avtomobil yoluna aşırıb.

Gununsesi.info xəbər verir ki, Atatürk prospektində baş verən təbiət hadisəsi zamanı xəsarət alan olmasa da, qırılan ağac piyadaların və avtomobillərin hərəkətində müəyyən çətinliklər yaradıb.

Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin canlı qüvvə və texnikası vasitəsilə ağacın ərazidən götürülməsi işləri həyata keçirilib. Onun ərazidən daşınması təmin edilib.

Şəhər ərazisində küləkli hava şəraiti davam edir.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
2
icma.az

3Mənbələr