AZ

Kremlin sözçüsü SSRİ-nin dağılmasından sonrakı durumdan danışdı


"Rusiya Avrasiyanı özünün evi hesab edir".

Sitat.info xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib.
 
O qeyd edib ki, qitə ölkələri ortaq bir gələcəyi bölüşür və qitənin parça-parça edilməsinə imkan verməyəcəklər.
 
"Biz Avrasiyada müstəqilliyimizi və suverenliyimizi necə qorumağı yaxşı bilirik. Milli maraqlarımız uğrunda necə mübarizə aparmağı da çox yaxşı bacarırıq", - Peskov vurğulayıb.
 
Prezidentin mətbuat katibi onu da əlavə edib ki, SSRİ-nin dağılmasından sonra onun ərazisində müxtəlif müstəqil dövlətlər yaranıb, keçmiş respublikaların xalqları arasında əlaqələr isə bu günə qədər davam edir.
 
Seçilən
7
2
sitat.info

3Mənbələr