AZ

Qayıdış ünvanlarının sayının artması Zəfər Gününün sevincinə sevinc qatır - Vüqar Rəhimzadə

Bakı. Trend:

Regionlarımızın, o cümlədən işğaldan azad edilmiş ərazilərimizininkişafı, yenidən qurulması, insanların rahat yaşayışı üçün bütünzəruri addımların atılması, vətəndaş məmnunluğunun təmin edilməsidövlətimizin həyata keçirdiyi siyasətin əsas tərkib hissəsidir.Prezident İlham Əliyevin 2003-cü ildə səsləndirdiyi “İqtisadi artımqeyri-neft sektorunun hesabına olmalıdır” çağırışına uyğun olaraqregionların malik olduğu potensialdan səmərəli istifadə edilməsiistiqamətində atılan addımlar davamlılığı ilə diqqətdədir. Artıqregionların sosial-iqtisadi inkişafına dair 4 Dövlət Proqramıuğurla icra edilib. Tarixi Zəfərimizdən sonra yeni reallıqlarınqarşıya qoyduğu çağırışlara əsasən təsdiqlənən “Azərbaycan 2030:sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” bütünbölgələrimizin sosial-iqtisadi inkişafını başlıca hədəf kimimüəyyənləşdirib. İqtisadi artımın sürətlənməsi, azad edilmişərazilərə əhalinin qayıdışının təmin olunması Azərbaycanın yeniinkişaf yolunun əsasını təşkil edir. 2030-cu ilədək olan dövr üçünölkənin sosial-iqtisadi inkişafına dair beş Milli Prioritetinreallaşdırılması qarşıya əsas hədəf kimi qoyulub. Bunlar dayanıqlıartan rəqabətqabiliyyətli iqtisadiyyat; dinamik, inklüziv və sosialədalətə əsaslanan cəmiyyət; rəqabətli insan kapitalı və müasirinnovasiyalar məkanı; işğaldan azad olunmuş ərazilərə BöyükQayıdış; təmiz ətraf mühit və “yaşıl artım” ölkəsidir. Dövlətbaşçısı İlham Əliyevin azad edilmiş ərazilərlə yanaşı, bütünregionlarımızın inkişafını diqqətdə saxlaması, mövcud potensialdansəmərəli istifadənin təmin edilməsi istiqamətində mühüm addımlaratması diqqətdən kənarda qalmır. Bu baxımdan ölkə Prezidenti İlhamƏliyevin oktyabrın 28-də Sabirabad, İmişli, Cəbrayıl və Zəngilanrayonlarına səfərləri özündə bütün məqamları ehtiva edir.

Bu fikirləri Trend-ə MilliMəclisin deputatı Vüqar Rəhimzadə açıqlamasında bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, sənaye parklarının vəaqroparkların yaradılması ölkə iqtisadiyyatının ixrac, rəqabətqabiliyyətinin, idxalı əvəz edən məhsulların istehsalınınartırılması, rayonlarda məşğulluğun təmini, investisiyaların vəmüasir texnologiyaların cəlb edilməsi kimi prioritet vəzifələrinhəyata keçirilməsində xüsusi əhəmiyyətə malikdir. Aqroparklarınyaradılması həm də kəndlərdə yaşayan əhalinin sosial vəziyyətininyaxşılaşmasına xidmət edir. Dövlət başçısı İlham Əliyev SabirabadSənaye Məhəlləsində bir sıra istehsal müəssisələrinin fəaliyyətiilə tanış oldu. Ölkədə sənaye məhəllələrinin yaradılmasıdövlətimizin başçısının 2014-cü ildə imzaladığı “Sənayeməhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında”Fərmanla müəyyən edilib. Sənaye məhəlləsinin yaradılmasında məqsədsənaye və xidmət sahələrində fəaliyyət göstərən kiçik və ortasahibkarların inkişafı üçün əlverişli şəraitin təmin edilməsi vəəhalinin istehsal və xidmət sahəsində məşğulluğunun artırılmasıdır.Sabirabad Sənaye Məhəlləsi dövlətimizin başçısının 2017-ci ildəimzaladığı Sərəncamla yaradılıb. Prezident İlham Əliyev, həmçininİmişlidə “Promalt” Məhdud Məsuliyyətli Cəmiyyətinin arpa emalımüəssisəsinin açılışında da iştirak etdi. Hər bir bölgədə atılanaddımlar malik olduqları potensialdan səmərəli istifadənin təminedilməsinə və ölkənin dayanıqlı inkişafına töhfələr verilməsinəxidmət edir.

Vüqar Rəhimzadə vurğulayıb ki, son beş ilin əsas hədəflərindənbiri işğaldan azad edilmiş ərazilərimizin bərpası, soydaşlarımızınBöyük Qayıdış Proqramı çərçivəsində öz doğma yurd-yuvalarınaqayıdışlarının gerçəkləşdirilməsi idi. Artıq 6 şəhər, 2 qəsəbə və20 kənd sakinlərinə qovuşub. Dövlət başçısı İlham Əliyevin Cəbrayılrayonuna səfəri zamanı sakinlərinə qovuşan kəndlərimizin sırasınaHorovlu kəndi də daxil oldu. Ölkə Prezidenti İlham Əliyev kənddəgörülən işlərlə tanış oldu, sonra kəndə köçən sakinlərlə görüşübonlara evlərin açarlarını təqdim etdi. Horovlu kəndi 1993-cü ildəErmənistan tərəfindən işğal edilmişdi. 2020-ci il oktyabrın 4-dəAzərbaycan Ordusu kəndi işğaldan azad edib. Bu kəndin təməliniPrezident İlham Əliyev 2023-cü ilin mayında qoymuşdu. Dövlətimizinbaşçısı və Birinci xanım Mehriban Əliyeva ötən ilin oktyabrındaHorovluda fərdi evlərin və sosial obyektlərin tikintisi ilə tanışolmuşdular. Bu gün artıq ümumi sahəsi 248 hektar olan Horovlukəndində 334 fərdi ev inşa edilib. Kənddaxili yollara asfaltdöşənib. Birinci mərhələdə 94 hektar ərazidə 334 fərdi evin, 624şagird yerlik məktəb binasının, 220 yerlik körpələr evi-uşaqbağçasının, ikimərtəbəli inzibati binanın, bazar kompleksinin,çoxfunksiyalı iaşə obyektlərinin, tibb məntəqəsinin vəidman-sağlamlıq mərkəzinin tikintisi həyata keçirildi. Kənddətarixən istifadə olunmuş, işğal dövründə dağıdılmış “Əsgər”,“Şığı”, “Orta”, “Gülqasım” və “Xəlifə” kəhrizləri bərpa edilib.Horovlunun su təminatının bir hissəsi məhz bu kəhrizlər hesabınatəmin olunacaq. Bundan başqa, kənddə ikimərtəbəli inzibati binainşa edilib. Dövlət başçısı İlham Əliyev Horovlu kənd sakinləri iləgörüşündə “Düz beş il bundan əvvəl bu ərazi işğaldan azad edildi vəbu şanlı tarix hər zaman bizim qəlbimizdə yaşayacaq. Bir neçəgündən sonra biz tarixi Zəfərimizin beşinci ildönümünü qeydedəcəyik. 8 Noyabr - Zəfər Günü bizim tariximizdə olan ən parlaqsəhifədir. Beş il bundan əvvəl tarixi Zəfərimiz bütün dünyaya səssalıb” söyləyərək onu da əlavə etdi ki, Azərbaycan xalqı mərd,qəhrəman, iradəli, öz torpağına bağlı olan xalqdır. Biz sübut etdikki, işğalla barışmaq fikrində deyildik, halbuki bunu dəfələrləbəyan etmişdik. Döyüş meydanında 300-dən çox şəhər, qəsəbə, kəndazad edildi və Ermənistan kapitulyasiya aktına imza ataraq təslimolmağa məcbur oldu. O gündən bu yana quruculuq işləri ilə məşğuluq.Bu gün bütün Qarabağ və Şərqi Zəngəzur tikinti meydançasıdır. Artıq50 mindən çox insan Qarabağda, Şərqi Zəngəzurda yaşayır, çalışır,təhsil alır. Onlardan təqribən 20 mini keçmiş köçkünlərdir ki, özvətəninə, doğma torpağına qayıdıblar. Qalanlar isə müxtəlif işlərdəişləyən vətəndaşlardır. Böyük Qayıdışın əyani sübutu bu güngözünüzün önündədir. Belə gözəl şərait yaratmaqla Azərbaycandövləti bir daha öz siyasətini göstərir.

Millət vəkili bildirib ki, dövlətimizin başçısı İlham ƏliyevinCəbrayıl və Zəngilan rayonlarına səfəri zamanı yenidən inşa edilənkəndlərin açılışı, yeni yaşayış komplekslərinin təməlinin qoyulmasıbütün azad edilmiş ərazilərimizdə görülən işlərin aydın mənzərəsiniyaradır. Qeyd edək ki, Cəbrayıl şəhəri də sakinlərinə qovuşanşəhərlərimiz sırasındadır. Zəngilanın Ağalı kəndi isə ilk pilotlayihə olaraq “ağıllı kənd” layihəsi çərçivəsində bərpa olunaraqsakinlərinə qovuşan ilk kənd oldu. Səfər zamanı dövlət başçısıİlham Əliyev Cəbrayıl məscidinin, Cəbrayıl şəhərində ikinci vəüçüncü yaşayış komplekslərinin, Cəbrayıl rayonunun Şahvəllikəndində hər birinin gücü 50 meqavat olan “Şəms” və “Üfüq” GünəşElektrik stansiyalarının təməlini qoydu, Cəbrayıl rayonu ərazisindəinşa olunan “Şəfəq” Günəş Elektrik Stansiyasına gedən avtomobilyolunun açılışında iştirak etdi.

Azad edilmiş ərazilərimizin bərpasında prioritet məsələlərdənbiri bura qayıdacaq soydaşlarımızın işlə təmin edilməsidir. Dövlətbaşçısı İlham Əliyev Horovlu kənd sakinləri ilə görüşündə qeyd etdiki, Cəbrayıl rayonunda iş yerləri də yaradılır. “Araz Vadisi”sənaye zonası artıq fəaliyyətdədir. Orada üç müəssisə fəaliyyətgöstərir. Amma yaxın gələcəkdə onların sayı təqribən 20-yə çatacaq.Yəni, iş yerləri ilə bağlı burada heç bir problem olmayacaq. Buradakənd təsərrüfatı, heyvandarlıq ilə məşğul olmaq üçün şəraityaradılacaq. Ölkə Prezidenti İlham Əliyev bu çağırışı etdi ki,Qarabağda və Şərqi Zəngəzurda işsizlik olmamalıdır.

Vüqar Rəhimzadə vurğulayıb ki, Prezident İlham Əliyevin Zəngilanrayonuna səfəri də mühüm məqamlarla yadda qaldı. Belə ki, Zəngilanşəhərində 104 mənzilli yaşayış kompleksində görülmüş işlərlə tanışolan dövlətimizin başçısı rayonun Məmmədbəyli və Ağalı kəndlərininsakinləri ilə görüşdü, onlara mənzillərin açarları təqdim etdi.Dövlət başçısı qeyd etdi ki, birinci Böyük Qayıdış ProqramınıZəngilan rayonundan başlamışdıq. Bu gün Zəngilan şəhərində dəbirinci yaşayış kompleksinin tikintisi yekunlaşır. Zəngilan məsciditikilmişdir, gözəl bir memarlıq əsəridir. Konqres Mərkəzi, ZəngilanBeynəlxalq Hava Limanı tikilib. Bu bölgə çox önəmli nəqliyyatmərkəzlərindən birinə çevriləcək. Həm Zəngəzur dəhlizi, həm Arazdəhlizi buradan keçəcək. Ona görə bu rayonun, bu bölgənin çox gözəlgələcəyi olacaq. Necə ki, bütün Qarabağın, Şərqi Zəngəzurungələcəyi çox parlaq olacaq. Bugünkü reallıq, qurduğumuz şəhərlər vəkəndlər bunu göstərir. Ermənilər viran qoyub bizim dədə-babatorpaqlarımızı, biz isə qurub-yaradan xalqıq. Biz düşmənitorpaqlarımızdan qovmuşuq. İndi də doğma torpağımızdaqurub-yaradırıq, şərait yaradırıq, binalar, məscidlər tikirik,tarixi abidələri bərpa edirik. Biz, bu torpaqların sahibləriqayıtmışıq və burada əbədi yaşayacağıq.

Məqalədə:
Seçilən
7
4
az.trend.az

5Mənbələr