Metbuat portalından verilən məlumata görə, ain.az xəbər yayır.
"Real Madrid"in "Barselona"nı 2-1 hesabı ilə məğlub etdiyi oyunda Vinisius Juniorla bağlı yaşanan gərginliyə dair müzakirələr davam edir.
Metbuat.az xəbər verir ki, "Real"ın baş məşqçisi Xabi Alonsonun futbolçu ilə sərt şəkildə söhbət etdiyi irəli sürülüb. "Footmercato" qəzetinin məlumatına görə, Alonso Vinisiusu təhdid edib. Tərəflər arasında danışığın detalları açıqlanmayıb.
Qeyd edək ki, Vinisius Junior 72-ci dəqiqədə əvəzlənməsinə sərt etiraz etmiş, meydanda "Real"dan ayrılacağını ifadə etmişdi.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.