AZ

Azərbaycan Üzgüçülük Federasiyasının rəhbərliyi ilə görüş keçirilib, yeni baş məşqçi təqdim edilib

Bakı, 29 oktyabr, AZƏRTAC

Gənclər və idman naziri Fərid Qayıbovun Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) rəhbərliyi və baş məşqçilərin iştirakı ilə görüşü baş tutub.

AZƏRTAC xəbər verir ki, nazir federasiyanın yeni ofisi ilə tanış olub.

Əvvəlcə ASF-nin fəaliyyəti və planları barədə məlumat verilib. Sonra idman direktoru və baş məşqçilər milli komanda üzvlərinin hazırlığı və gələcək yarışlar haqqında danışıb.

Görüşdə qarşıdan gələn İslam Həmrəyliyi Oyunlarına hazırlıq və üzgüçülərimizin bu yarışda iştirakı da müzakirə edilib.

ASF-nin prezidenti Zaur Əliyev su polosu üzrə yeni təyin edilmiş baş məşqçi Qoran Sabliçi barədə danışıb. Bildirib ki, . Azərbaycan Üzgüçülük Federasiyasının dəvətilə gəlmiş Q.Sabliç artıq vaterpolonun ölkəmizdə inkişafı üçün çalışacaq.

Qeyd edək ki, 30 ildən artıq beynəlxalq təcrübəyə malik olan Qoran Sabliç bu illər ərzində Xorvatiya, İran, Türkiyə, Küveyt, Yaponiya, Braziliya, Səudiyyə Ərəbistanı, Fransa, Yeni Zelandiya, Zimbabve və İsveçrə kimi ölkələrdə çalışıb.

Karyerasına vaterpolo üzrə dünyanın ən güclü məktəblərindən biri sayılan vətəni Xorvatiyada başlamış məşqçi yüzlərlə gənc idmançının beynəlxalq arenada yetişməsinə töhfə verib.

Xatırladaq ki, oktyabr ayında ASF tərəfindən cəlb edilmiş isveçrəli mütəxəssis Luka Qabrilo üzgüçülük üzrə milli komandanın baş məşqçisi təyin edilib.

Seçilən
14
6
azertag.az

7Mənbələr