AZ

"Türkiyə Cümhuriyyətinin yaranması ümumilikdə Türk dünyasının qələbəsi idi" - DEPUTAT

"Türkiyə Cümhuriyyətinin yaranması ümumilikdə Türk dünyasının qələbəsi idi" - DEPUTAT"1923-cü il oktyabrın 29-da Türkiyə Cümhuriyyəti yaradıldı. Türkiyə Cümhuriyyətinin yaranması ümumilikdə Türk dünyasının qələbəsi idi. Çünki o vaxta qədər türk xalqlarının çoxu işğal altında qalmışdı. Türkiyə Cümhuriyyəti həmin dövrdə tarixi səhnədə olan yeganə müstəqil türk dövləti idi. Azərbaycanın Sovet Rusiyası tərəfindən işğalına baxmayaraq, ölkəmiz həmişə Mustafa Kamal Atatürkün diqqət mərkəzində olub. Bu, xüsusilə Naxçıvan məsələsində özünü qabarıq şəkildə göstərib. Belə ki, Atatürk, Sovet Rusiyası ilə imzalanmış Qars müqaviləsinin şərtlərinə əsasən, Naxçıvanın Azərbaycan ərazisi kimi tanınmasına nail olub. Hətta Naxçıvanla Türkiyə arasında sərhəd yaratmaq məqsədilə Atatürk İranla torpaq mübadiləsi aparmışdı".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Müşfiq Cəfərov danışıb.

O, açıqlamasında qeyd edib ki, 2006-cı ildə Rəcəb Tayyib Ərdoğanın Baş nazir, 2014-cü ildə isə Türkiyə Prezidenti seçilməsi ilə Azərbaycan–Türkiyə münasibətləri özünün ən parlaq zirvəsinə çatdı:

"Bununla da iki dövlət tarixlərinin ən mürəkkəb dövrlərində bir-birinə dəstək olduqlarını qəti şəkildə nümayiş etdirdilər. Rəcəb Tayyib Ərdoğan Azərbaycanla qardaşlıq prinsipinə sadiq qalaraq, dünyanın ən yüksək tribunalarından Azərbaycanın haqlı mübarizəsini bəyan edib və dəstəkləyib. Bu qarşılıqlı münasibəti Prezident İlham Əliyev də öz fəaliyyəti ilə nümayiş etdirib.

Hazırda Türkiyə–Azərbaycan qardaşlığı ən yüksək səviyyədə davam edir və bunun ən böyük təntənəsi Şuşa Bəyannaməsidir. Bu sənəd hər sahədə olduğu kimi, əməkdaşlığın hərbi sahədə daha da dərinləşməsini də özündə ehtiva edir. Hazırda Türkiyə–Azərbaycan hərbi əməkdaşlığı ən yüksək səviyyədədir. Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycan Silahlı Qüvvələri türk ordu modelinə keçir və bunun üçün müvafiq qanunvericilik bazası hazırlanıb.

Bu gün Türkiyə, bir çox beynəlxalq təşkilatların, o cümlədən NATO-nun üzvü, dünyada əsas siyasi aktorlardan biridir. Ankara həmçinin türk dövlətləri arasında inteqrasiyanın güclənməsində mühüm rol oynayır. Bu, xüsusilə Türk Dövlətləri Təşkilatındakı fəaliyyəti ilə aydın şəkildə görünür".

Vüsalə İbrahimli

Seçilən
12
2
sonxeber.az

3Mənbələr