“Çelsi” klubunun sabiq futbolçusu Eden Hazard İngiltərə Premyer Liqasının Şöhrət Zalına daxil edilib.
90deqiqe.Az xəbər verir ki, bu barədə turnirin rəsmi saytında məlumat verilib.
Belçikalı yarımmüdafiəçi Premyer Liqada yalnız “Çelsi”nin heyətində çıxış edib. O, 2012–2019-cu illər arasında London təmsilçisinin formasını geyinib. Hazard “zadəganlar”la iki dəfə İngiltərə çempionu olub, həmçinin Liqa Kuboku, ölkə kuboku və iki dəfə Avropa Liqasının qalibi titulunu qazanıb.
Eden Hazard Şöhrət Zalına daxil edilən 26-cı futbolçudur.
Xatırladaq ki, 2024-cü ildə bu siyahıya “Çelsi”nin sabiq müdafiəçiləri Con Terri və Eşli Koul, eləcə də “Mançester Yunayted”in keçmiş hücumçusu Endi Koul əlavə edilib. Daha öncə məşqçilər sırasında “Arsenal”ın sabiq çalışdırıcısı Arsene Venger və “Mançester Yunayted”in əfsanəvi baş məşqçisi ser Aleks Ferqyuson da bu ada layiq görülüblər.
 
                        