AZ

Mərkəzi Aran Regional Təhsil İdarəsi məhkəməyə verildi – nə iddiaçı, nə də cavabdeh gəlmədi

Ağcabədi Rayon Məhkəməsində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə XI Regional Təhsil İdarəsinə qarşı qaldırılmış iddia üzrə qərardad qəbul olunub.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi ilə keçirilən iclasda, katib Paşayev Babək Zahid oğlu iştirak edib. İddiaçı işdən azad olunma barədə əmrin ləğvini, əvvəlki vəzifəsinə bərpasını və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsini tələb edib. Lakin məhkəmə iclasına nə iddiaçı, nə də cavabdeh gəlməyib. Onlar gəlməmələrinin səbəbləri barədə də məlumat təqdim etməyiblər. Məhkəmə Mülki Prosessual Məcəllənin 259.0.6-cı maddəsinə əsasən qərara alıb ki, tərəflər işə onların iştirakı olmadan baxılmasını xahiş etmədikləri üçün iddia ərizəsi baxılmamış saxlanılsın.

Qərarda qeyd olunur ki, tərəflər məhkəmə iclasında iştirak etməmələrinin üzürlü səbəbdən baş verdiyini sübut etsələr, qərardad ləğv oluna bilər.

Həmçinin qərardaddan onun tərəflərə rəsmi qaydada təqdim edilməsindən etibarən 10 gün müddətində Ağcabədi Rayon Məhkəməsinə şikayət verilə bilər.

Qeyd: İş Elm və Təhsil Nazirliyi yanında XI Regional Təhsil İdarəsinə qarşı əmək münasibətlərinin bərpası ilə bağlı qaldırılmış iddia ilə əlaqədardır.

Xatırladaq ki, Mərkəzi Aran Regional Təhsil İdarəsinin (XI Regional Təhsil İdarəsi) rəhbəri Həmid Qasımovdur.

Seçilən
36
nocomment.az

1Mənbələr