AZ

Sovetskidə tarixi binaların aqibəti məsələsinə aydnılıq gəldiVİDEO

"Sovetski"də heç bir tarixi binanın söküntüsü nəzərdə tutulmur".

Bunu Bakı Şəhəri İcra Hakimiyyəti aparatının şöbə müdiri Rəşid Ağayev jurnalistlərə açıqlamasında deyib.

O, bildirib ki, "Sovetski" ərazisində təkcə dövlət reystrindən keçmiş tarixi memarlıq abidələri deyil, hətta tarixi memarlıq abidəsi reystrindən keçməmiş lakin gözəl görünüşlü ümumilikdə 127 tarixi binanın qorunub saxlanılması planlaşdırılır.  Şöbə müdiri eyni zamanda Mirzə Fətəli Axundov keçəsi, 31 ünvanında yerləşən tikilinin sökülməsi ilə bağlı yayılan şaiyələrə də toxunub. Qeyd edib ki, söküntü sözügedən binada deyil, ona bitişik olan qəzalı binada həyata keçirilib.

Şöbə müdiri Rəşid Ağayev onu da qeyd edib ki, bütün söküntü prosesi həyata keçirildikdən sonra bu binalar yenidən bərpa olunaraq Bakının gözəl bir güşəsinə çevriləcək.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi, Səbinə Hacıyeva isə bildirib ki, mədəni irs siyahısından səbəbsiz çıxarılan abidələrin yenidən siyahıya salınması təklif edilir.

Səbinə Hacıyeva qeyd edib ki, Təzəpir ərazisi adlanan yerdə 73 tarixi abidə qorunur. Onlardan 8-i ictimai funksiya daşıyır. Bura məscid, kilsə və hamamlar aiddir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.  

Seçilən
62
xezerxeber.az

1Mənbələr